Xəzər Xəbər

720 fransız polis bir cinayətkarı tapa bilmir

Dünya | 09:24 • 13 Dekabr 2018
720 fransız polis bir cinayətkarı tapa bilmir
Ötən gün Fransanın Strasburq şəhərində Milad yarmarkasında insanlara atəş açan cinayətkarın axtarışına 720 polis əməkdaşı cəlb olunub.


Bütün cəhdlərə baxmayaraq, hələ də qatili tapmaq mümkün olmayıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, 29 yaşlı Şərif Şerkati ilk dəfə 13 yaşında məhkum olunub. Cinayətkar ümumilikdə indiyədək 27 dəfə məhbəs həyatı yaşayıb. Onun törətdiyi silahlı insident nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb./azvision.az

Xəbər lenti