Xəzər Xəbər

ABŞ Ermənistana gedənlərə xəbərdarlıq etdi

Dünya | 09:06 • 13 Dekabr 2018
ABŞ Ermənistana gedənlərə xəbərdarlıq etdi
ABŞ-ın İrəvandakı səfirliyi vətəndaşlara xəbərdarlıq edib ki, dekabrın 12-də Ermənistana səfər edərkən ayıq-sayıq olsunlar.

News.am xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat yerləşdirilib.


"ABŞ-ın İrəvandakı səfirliyi tətil mövsümünün yaxınlaşması ilə əlaqədar vətəndaşlarını sayıq olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - məlumatda bildirilib.

Qeyd olunub ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan şəxslər tərəfindən hər zaman təhlükə mövcuddur: "Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”./azvision.az

Xəbər lenti