Xəzər Xəbər

İranda 15 milyon əhali sürətlə “torpağın altına gedir” Alimlərdən ŞOK ARAŞDIRMA

Dünya | 14:18 • 10 Dekabr 2018
İranda 15 milyon əhali sürətlə “torpağın altına gedir”

Qərbi Asiyada ən sıx məskunlaşmış şəhər olan İranın paytaxtı Tehran gözlənilmədən çox sürətli templərlə "yatır”.

Bu haqda Almaniyadakı Geofizik Tədqiqatlar Mərkəzindən (GFZ) olan alimlər iddia edirlər.

Alimlərin sözlərinə görə, əhalisi təxminən 15 milyon olan Tehran sürətlə "torpağın altına gedir”. Elm adamları iddia edir ki, çökmə prosesi dönməz ola bilər. İddia edilir ki, İran paytaxtının bəzi regionları hər il 25 santimetr düşür.

Mütəxəssislər bunun əsas səbəbi kimi göstərirlər ki, sakinlər torpağın altından suyu daim çəkirlər və torpaq getdikcə susuzlaşdığı üçün onda çatlar yaranır. Nəticədə su aşağı çatlar üzrə axır. Bu, yalnız torpağın çökməsini sürətləndirmir, həm də kənd təsərrüfatının effektivliyini aşağı salır.

Mütəxəssislərin proqnozuna görə, İran hakimiyyəti yeraltı suların ötürülməsinin qarşısının alınması üçün kifayət qədər addımlara təşəbbüs etməsə, vəziyyət daha qeyri-stabil ola bilər./publika.az

Xəbər lenti

Çox oxunanlar