Xəzər Xəbər

Brüsseldə də "Sarı jiletlilər"in aksiyası başladı: Həbslər var

Dünya | 11:27 • 9 Dekabr 2018
Brüsseldə də "Sarı jiletlilər"in aksiyası başladı: Həbslər var

Brüsseldə "Sarı jiletlilər"in etiraz aksiyası ilə bağlı vəziyyət kəskinləşib. Etirazçılar paytaxtın mərkəzində yerləşən və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qorunan hökumət müəssisələrinin yerləşdiyi rayonuna – "neytral zonaya” daxil olmağa cəhd göstəriblər.

Axar.az xəbər verir ki, iğtişaşların gedişində 100-dən çox fəal saxlanılıb.

Polislə etirazçıların ilk toqquşması Avropa İttifaqı idarələrinin yaxınlığındakı Montuaye küçəsində baş verib. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz işlədib.

Hazırda şəhərin digər rayonlarında etiraz aksiyaları davam edir.

Xəbər lenti