Xəzər Xəbər

Almaniya ekologiyaya investisiyaları artırır

Dünya | 13:46 • 4 Dekabr 2018
Almaniya ekologiyaya investisiyaları artırır

Almaniya hökumətinin başçısı Angela Merkel havanın çirklənməsinə qarşı mübarizədə şəhərlərin hakimiyyət orqanlarını dəstəkləmək üçün 2 milyard avro vəsait ayrılacağını vəd edib. Bu, sonuncu dəfə ayrılan məbləğdən yarım milyard avro çoxdur.


AZƏRTAC xəbər verir ki, Merkel bu bəyanatı havada azot oksidlərinin miqdarı ən çox olan bələdiyyələrin nümayəndələri ilə Almaniya paytaxtında danışıqlardan sonra səsləndirib.


Bu proqram çərçivəsində şəhərlərin kommunal xidmətləri tərəfindən elektromobillər və elektromobillərin akkumulyatorlarını enerji ilə doldurmaq üçün əlavə kolonkalar alınmasına dəstək verilir.


2017-ci ilin məlumatına görə, ölkənin 65 şəhərində havada azot oksidlərinin miqdarı yol verilə bilən maksimal həddən yuxarı olub.

Xəbər lenti