Xəzər Xəbər

ABŞ-da minik avtomobillərinin satışı azalıb

Dünya | 13:12 • 4 Dekabr 2018
ABŞ-da minik avtomobillərinin satışı azalıb

ABŞ-da yüngül avtomobillərə tələbatın azalması müşahidə olunur. 2018-ci ilin noyabr ayı üçün statistik məlumatlardan bəlli olur ki, amerikalılar krossover, yolsuzluq və pikap modellərinə üstünlük verirlər, bu isə avtomobil istehsalçılarının məhsullarının həcminin dəyişməsi ilə nəticələnir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il noyabr ayında satılmış yüngül avtomobillərin sayı keçən ilin noyabr ayı üçün müvafiq məlumatlarla müqayisədə 1,3 faiz az olub.


Yüngül avtomobillərə tələbatın azalması avtomobil kreditlərinin faiz dərəcələrinin artması ilə bağlı ola bilər, çünki bu halda avtomobilə görə aylıq kredit ödənişləri artır. Lakin satışın azalması əsasən yüngül avtomobillərin populyarlığının azalması ilə izah edilir.


Eyni zamanda, yığcam yolsuzluq və krossover modellərinin satışı 11,6 faiz, orta sinfə aid yolsuzluq və krossover modellərinin satışı isə 11,7 faiz artıb.

Xəbər lenti