Xəzər Xəbər

Hindistanda 20 nəfər öldü "Qaca" siklonu

Dünya | 11:44 • 17 Noyabr 2018
Hindistanda 20 nəfər öldü

Hindistanın Tamilnad ştatında "Qaca" siklonu qurbanlarının sayı 20 nəfərə çatıb.

"Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Hindustan Times" qəzeti yazıb.

Son məlumatlara görə, təxliyyə edilənlərin sayı 80 min nəfərə çatıb. Onlar 470-dən çox yardım mərkəzinə yerləşdiriliblər. Bundan əlavə, yerli balıqçılara dənizə çıxmamaq tövsiyə edilib.

Güclü küləklə müşahidə olunan leysan yağışları ştatın sahil rayonlarına cümə axşamı yağmağa başlayıb. Cümə gününə keçən gecə isə siklon güclənib. Təbii fəlakətdən daha çox Naqapattinam, Tiruvarur və Tancor şəhərləri zərər çəkib. Siklon nəticəsində şəhərlərdə ağaclar aşıb, bəzi yerlərdə elektrik enerjisi kəsilib. Ştatın 7 rayonundakı təhsil müəssisələrində dərslər ləğv edilib.

Bundan əvvəl siklon nəticəsində 11 nəfərin öldüyü bildirilirdi.

Xəbər lenti