Xəzər Xəbər

Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb

Dünya | 16:26 • 15 Noyabr 2018
Tramp səfir vəzifəsinə qadın çantaları dizaynerinin namizədliyini irəli sürüb

Prezident Tramp ABŞ-ın Cənubi Afrika Respublikasında səfiri vəzifəsinə qadın çantaları dizayneri və Tramp ailəsinə məxsus "Mar-a-Lago” klubunun üzvü Lana Marksın namizədliyini irəli sürüb. Cənubi Afrikanın İst London şəhərində doğulan Marks hazırda Florida ştatında - Palm-Biçdə yaşayır.


AZƏRTAC xəbər verir ki, Ağ ev öz bəyanatında Lana Marksın Harvard Universitetinin Con F. Kennedi adına İdarəçilik Məktəbində qadın şurasının fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib və onun Cənubi Afrikada təhsil aldığını xatırladıb. Qeyd olunub ki, L.Marks Cənubi Afrikanın 11 rəsmi dilindən ikisində - afrikaans və kxosa dillərində sərbəst danışır.

Xəbər lenti

Çox oxunanlar