Xəzər Xəbər

Pentaqon dəhşətli silahların ANONSUNU VERDİ: Bir neçə ilə...

Dünya | 15:25 • 14 Noyabr 2018
Pentaqon dəhşətli silahların ANONSUNU VERDİ: Bir neçə ilə...

Amerika ordusu bir neçə il ərzində yüksəldilmiş gücü olan lazer silahları alacaq.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Maykl Qriffin Vaşinqtonda Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çıxışı zamanı bildirib.

Qriffin vurğulayıb ki, belə silahın yaradılması ABŞ-dan indiki vəziyyətlə müqayisədə maliyyə xərclərini 3-4 dəfə artırılmasını tələb edəcək. Onun sözlərinə görə, Amerika hərbçiləri həmçinin, potensial rəqibin pilotsuz təyyarələrini sıradan çıxarmağa imkan verən hərbi texnikanın yaradılması üçün güclü mikrodalğalı şüadan istifadə etmək niyyətindədir./publika.az

Xəbər lenti

Çox oxunanlar