Xəzər Xəbər

Tramp qadın baş nazirlə dalaşdı

Dünya | 14:34 • 14 Noyabr 2018
Tramp qadın baş nazirlə dalaşdı

Rəsmi Londonun İrana qarşı lazımı tədbirlər görməməsi Vaşinqtonu bərk narahat edib

Böyük Britaniyanın baş naziri Teresa Meyin ABŞ prezidenti Donald Trampa etdiyi telefon zəngi başına bəla olub. Belə ki, xanım siyasətçi Ağ Evin sahibini Senata keçirilən aralıq seçkilərinə görə təbrik etmək istəyib. Qarşı tərəf isə onu İrana görə ciddi tənqid edib.

Bu haqda informasiyanı Washington Post yayıb.

Mənbə bildirir ki, rəsmi Londonun İrana qarşı lazımı tədbirlər görməməsi Vaşinqtonu bərk narahat edib.

Ağ Evin sahibi Meydən xahiş edib ki, Brexit işinin vəziyyəti ilə bağlı məlumat versin. Tramp, həmçinin məsləhət görüb ki, Böyük Britaniya Avropa ölkələri ilə ticarət anlaşmalarını davam etdirməlidir.

Deyilənə görə, bu, Trampın Terezaya qarşı ilk kobud davranışı sayılmır. Xanım baş nazirin köməkçiləri Trampın manerasından şoka düşdüklərini deyiblər.

Xatırladaq ki, Tramp Fransa prezidenti Emmanuel Makronu da Avropa ordusu yaratmaq iddiasına görə bərk tənbeh edib.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar