Xəzər Xəbər

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi

Dünya | 13:27 • 13 Noyabr 2018
ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi
ABŞ Rusiyaya qarşı hazırkı sanksiyalarını saxlayacaq və Krımla Donbass Ukrayna hakimiyyətinin nəzarəti altına keçməyənədək Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək.


Bu barədə ABŞ Dövlət Departamentinin 11 noyabrda Donbassda keçirilən seçkilərlə əlaqədar yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, "Luqansk Xalq Respublikası” və "Donetsk Xalq Respublikası”nda keçirilən seçkilər qanunsuzdur və Vaşinqton onların leqitimliyini tanımır.

"ABŞ Rusiyanın nəzarət etdiyi Şərqi Ukraynada noyabrın 11-də keçirilən saxta "seçkiləri” qınayan Avropa və digər tərəfdaşlarının mövqeyinə qatılır. Bu seçkilər Ukrayna münaqişəsinin nizamlanmasını nəzərdə tutan Minsk razılaşmalarına ziddir və Moskva bu razılaşmaların müddəalarını yerinə yetirməyənədək ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqini davam etdirəcək”, – bəyanatda bildirilir./azvision.az

Xəbər lenti

Çox oxunanlar