Xəzər Xəbər

Almaniyada Xristian-Sosialistlər İttifaqının başçısı istefaya hazırdır

Dünya | 13:47 • 12 Noyabr 2018
Almaniyada Xristian-Sosialistlər İttifaqının başçısı istefaya hazırdır

Almaniyada hökumət koalisiyasına daxil olan Bavariya Xristian-Sosialistlər İttifaqının (XSİ) sədri Horst Zeyehofer ilin sonunadək partiya rəhbəri postundan istefa vermək niyyətindədir.


H.Zeyehofer bu barədə partiya rəhbərlərinin görüşündə bildirib.


XSİ-nin yeni rəhbərinin seçiləcəyi növbədənkənar qurultay isə 2019-cu ilin yanvar-fevralında keçiriləcək. Bavariyanın Baş naziri Markus Zöderin Zeyehoferin xələfi olacağı daha çox ehtimal edilir.


Bir sıra KİV-lərin məlumatına görə, Zeyehofer, həmçinin daxili işlər naziri postundan da getmək niyyətindədir. Xristian-Sosialistlər İttifaqından Zeyehoferin niyyəti ilə bağlı rəsmi münasibət bildirilməyib.


Zeyehofer ilk dəfə deyil ki, özünün mümkün istefasını bəyan edir. Cari ilin iyulunda miqrasiya siyasəti məsələləri ilə bağlı kansler Angela Merkellə mübahisəsi zamanı o, həm XSİ rəhbəri postundan, həm də o dövrdə heç 100 gün işləmədiyi DİN rəhbəri vəzifəsindən getmək istədiyini bildirmişdi.


Zeyehofer XSİ rəhbəri vəzifəsindən istefaya getmək niyyətini ikinci dəfə oktyabrın sonunda bəyan edib. O bildirib ki, Bavariyada keçirilən əyalət seçkilərində öz partiyasının böyük uğursuzluğu üçün tam məsuliyyəti üzərinə götürməyə razı deyil və "ondansa öz vəzifəsindən getməyə hazırdır”. (AZƏRTAC)

Xəbər lenti