Xəzər Xəbər

ABŞ-da parçalanma güclənəcək və... – QORXUNC PROQNOZ

Dünya | 15:48 • 7 Noyabr 2018
ABŞ-da parçalanma güclənəcək və...

ABŞ Konqresinə seçkilərin istənilən nəticəsi prezident Donald Trampa təzyiqi gücləndirəcək.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın "Ali İqtisadiyyat Məktəbi”nin dünya iqtisadiyyatı və siyasəti fakültəsinin dekan müavini Andrey Suzdal bildirib.

Onun sözlərinə görə, Nümayəndələr Palatasında demokratların əksəriyyət qazanması Konqresin xarici siyasətin üzərində nəzarətini gücləndirəcək, ancaq daxili siyasi parçalanma yalnız artacaq.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçirilib. Son proqnozlara əsasən, respublikaçılar ABŞ Senatında 100 yerdən minimum 52 yeri özlərinə təmin edərək əksəriyyəti saxlayıblar, ancaq Nümayəndələr Palatasında əksəriyyəti itiriblər./publika.az

Xəbər lenti