Avstraliyanın Darvin şəhəri yaxınlığındakı yeniyetmələrin saxlanıldığı cəzaçəkmə müəssisəsində üsyan baş verib.
XəzərXəbər xəbər verir ki, məhbuslar həbsxanaya od vurub, nəzarətçiləri qovub inzibati binaları ələ keçiriblər.
Təhlükəsizlik qüvvələri cəzaçəkmə müəssisəsini mühasirəyə alıblar. Qalın tüstü çıxdığı müəssisənin alova büründüyü görünür, oradan çığırtı səsləri gəlir. Hadisə yerinə 16 polis avtomobili cəlb olunub.