Xəzər Xəbər

ABŞ üçün KRİTİK ANLAR Trampın taleyi BU GÜN həll ediləcək

Dünya | 15:45 • 6 Noyabr 2018
ABŞ üçün KRİTİK ANLAR

İlk seçki məntəqələri Vermont ştatında açılıb.

ABŞ-da aralıq seçkiləri başlayıb.

Aralıq seçkilərində Konqresin nümayəndələr palatasının tam heyəti, Senatın da üçdə biri seçiləcək. Hazırda hər iki palatada üstünlük Respublikaçılar Partiyasına məxsusdur. Belə ki, aşağı palatada 193 demokrata qarşı 236 nəfər respublikaçı var, daha altı yer isə boşdur.

Beləliklə, Demokratlar Partiyası üstünlük qazanmaq üçün daha 23 mandat əldə etməlidir.

Bu dəfəki seçkilərdə rekord sayda - 100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti