Xəzər Xəbər

“Çin, Rusiya və ABŞ-dan özümüzü qorumalıyıq” Makron

Dünya | 14:05 • 6 Noyabr 2018
“Çin, Rusiya və ABŞ-dan özümüzü qorumalıyıq”
Fransa prezidenti Emmanuel Makron ABŞ-ın iştirak etmədiyi müstəqil ümumavropa ordusunun yaradılmasını təklif edib.


Makron "Europe 1” radiosunun efirində bu cür təkliflə çıxış edib.

"Biz əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilmərik. Biz, ABŞ olmadan özünü müstəqil şəkildə qoruyan Avropaya sahib olmalıyıq”, – Makron bildirib.

Fransa prezidenti onu da vurğulayıb ki, bu gün Avropa özünün daxili demokratik proseslərinə və kiberməkanına çoxsaylı müdaxilə cəhdlərilə üzləşir: "Biz özümüzü qorumalıyıq! Çindən, Rusiyadan və hətta Amerika Birləşmiş Ştatlarından.”/azvision.az

Xəbər lenti