Xəzər Xəbər

“Qatillər fabriki”nin ŞOK MİSSİYASI: bütün ölkə üzrə 1600 nəfər...

Dünya | 17:54 • 5 Noyabr 2018
“Qatillər fabriki”nin ŞOK MİSSİYASI:

Ukraynanın Donetsk vilayətində "qatillər fabriki” yaradılıb. Burada bütün Ukrayna üzrə 1600 insanın qətlini hazırlayırdılar. Artıq bir neçə yüksək vəzifəli Ukrayna zabitini aradan götürmək mümkün olub.

"Apostrof” nəşri  xəbər verir ki, bu haqda "Donetsk Xalq Respublikası” separatçı qurumdan Yuliya Prosolova danışıb.

O, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuşun Mariupolda qətlinə görə 12 il həbs cəzası alıb. Terrorçu "Dövlət Təhlükəsizliyi Nazirliyinin xüsusi əməliyyatlar Mərkəzində” terror aktına hazırlıq keçib.

Dəqiqləşdirilir ki, o, Rusiya strukturları tərəfindən maliyyələşən "müəssisələr”dən tapşırıq alırdı.

"Lenin” ləqəbli Vladimir Yevdokimov mərkəzlə rəhbərlik edir. Onun sağ əli Maksim Simonov Donetsk sakinidir və Ukrayna Daxili İşlər Nazirliyinin strukturunda xidmət edirdi.

Xatırladaq ki, Aleksandr Xaraberyuş 2017-ci il martın 31-də Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində öldürülmüşdü./publika.az

Xəbər lenti