Xəzər Xəbər

Dünyanı qorxudan proqnoz – ABŞ iqtisadiyyatı çökəcək

Dünya | 14:56 • 20 Oktyabr 2018
Dünyanı qorxudan proqnoz

Üç illik perspektivdə ehtimal artıq 80%-dən yuxarı olacaq

ABŞ iqtisadiyyatı yaxın iki ildə 60% ehtimalla resessiyaya uğrayacaq. Bu barədə "Bloomberg" nəşri "JPMorgan"-ın hesablamalarına istinadən xəbər verir.

İl ərzində analitiklər ABŞ-da resessiyaya ehtimalını 28% qiymətləndirilib. Üç illik perspektivdə ehtimal artıq 80%-dən yuxarı olacaq.

"JPMorgan"-ın ekspertləri istehlakçılar və biznesin inamı, kişilərin əmək bazarında iştirakı, uzunmüddətli istifadə üçün məhsullara tələbat və ÜDM-də tikintinin payı kimi faktorları nəzərə alıb. Nyu-York Federal Ehtiyat Bankının hesablamalarına əsasən, bir il sonra resessiya ehtimalı 14,5% olacaq.Sputnik Azərbaycan

Xəbər lenti