Xəzər Xəbər

Konsulun iqamətgahında Qaşıqçıya aid qan nümunəsi tapıldı

Dünya | 12:17 • 18 Oktyabr 2018
Konsulun iqamətgahında Qaşıqçıya aid qan nümunəsi tapıldı

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında itkin düşən müxalif ərəb jurnalist Camal Qaşıqçı ilə bağlı axtarışlar aparılıb.

İstintaq qrupu konsulun iqamətgahında Qaşıqçı olayına dair bəzi nümunələr aşkar edib.

Ötən gün Baş Konsulluqda aparılan 9 saatlıq axtarışlar zamanı jurnalistin qətlinə dair tapılan dəlillərlə konsulun iqamətgahından götürülən nümunələr arasında uyğunluq olduğu deyilir.

Məhkəmə ABŞ təmsilçilərindən səudiyyəli jurnalistin qan nümunələrini tələb edib.

"Luminol" adlı üsuldan istifadə etməklə DNT nümunələri götümək mümkün olub./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar