Xəzər Xəbər

Hindistan polislərinə `daha az gülümsəyin` təlimatı

Dünya | 13:41 • 10 Oktyabr 2018
Hindistan polislərinə `daha az gülümsəyin` təlimatı

Hindistanda hava limanlarında işləyən polislərə daha az gülümsəmə barədə təlimat verilib.

XəzərXəbər BBC-yə istinadla verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən 60 aeroporta xəbərdarlıq Mərkəzi Sənaye Təhlükəsizlik Qüvvələri (CİSF) tərəfindən verilib.

Bildirilir ki, vəzifə başında olanlar dostcanlı görünmək əvəzinə daha tədbirli davranmalıdırlar.

Qurumdan vurğulanıb ki, təhlükəsizlik qüvvələri sərnişinlər özlərini rahat hiss etmələri üçün daha çox vaxtlarını və enerjilərini boşa xərcləyirlər.

Bundan başqa, mehriban görünmə cəhdlərinin təhlükəsizliyi zəiflədəcəyinə və terror hücumları təhdidinə yol açacağına narahatlıq ifadə edilib və "gözə çarpan gülümsəmədən kifayət qədər gülümsəmə sisteminə keçiləcəyi" vurğulanıb./faktxəbər

Xəbər lenti