Pekin Vaşinqtonla aralarındakı ticarət ziddiyyətlərini bərabərhüquqlu və dürüst danışıqlar yolu ilə həll etməyə hazırdır. Bunu Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibi Mayk Pompeo ilə Pekində keçirdiyi görüşdə deyib.
"Problemləri ticarət müharibəsi yolu ilə həll etmək qeyri-mümkündür. Çin ABŞ-la
aralarındakı mövcud problemləri əvvəlki kimi danışıqlar yolu ilə həll
etməyə hazırdır. Lakin bu danışıqlar hüquq bərabərliyi, dürüstlük və
ciddilik prinsiplərinə söykənməlidir”, – deyə Çin XİN-in rəhbəri
vurğulayıb.
Van Yi əlavə edib ki, hazırda ABŞ-la
Çin arasındakı münasibətlər olduqca vacib dövrünü yaşayır və əməkdaşlıq
hər iki tərəf üçün yeganə düzgün seçim olaraq qalır. /azvision.az