Şimali Koreya lideri
Kim Çen In ölkə ərazisindəki nüvə silahı və ballistik raketlərin
hazırlandığı obyektlərə beynəlxalq müfəttişlərin daxil olaraq yoxlama
aparmasına icazə verib. XəzərXəbər xəbər verir ki, bu barədə razılıq ABŞ dövlət katibinin Pxenyana səfəri çərçivəsində əldə olunub.
Şimali
Koreya lideri ilə danışıqlardan sonra mətbuata açıqlama verən Pompeo
rəsmi Pxenyanın Phunqyeri nüvə poliqonunu həqiqətən də sökdüyünə və nüvə
sınaqlarından birdəfəlik imtina etdiyinə əmin olmaq üçün beynəlxalq
müfəttişlərin qısa zamanda Şimali Koreyanı ziyarət edərək yoxlama
aparacaqlarını bəyan edib.
Kim Çen Inla görüşən Pompeo həmçinin, ABŞ-Şimali Koreya sammitinin növbəti yeri və tarixini də müzakirə edərək, təklifləri dəyərləndiriblər. Pompeo Kim Çen Inla
keçirdiyi görüşü ümumilikdə, müsbət adlandırıb və Koreya yarımadasının
nüvəsizləşdirilməsi istiqamətində mühüm addım atdıqlarını deyib.
Pompeonun Pxenyada uğurlu danışıqlar apardığını deyən ABŞ prezidenti Donald Tramp
isə "Tvitter" hesabında bildirib ki, "Sinqapur sammitindəki
razılaşmaların realizəsi məsələsində irəliləmə var. Yaxın gələcəkdə Kim Çen Inı yenidən görmək üçün səbirsizlənirəm”. /azvision.az