Xəzər Xəbər

ABŞ-ın sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub

Dünya | 11:52 • 8 Oktyabr 2018
ABŞ-ın sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub

ABŞ-ın sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub.


Bu barədə Yonhap agentliyi məlumat yayıb.


Bildirilir ki, ABŞ-ın İrana qarşı sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub. Belə ki, cari ilin 8 ayı ərzində Koreya Respublikasının İrana ixracı 21,9 faiz, bu ölkədən idxalı isə 23,7 faiz azalıb.


Xatırladaq ki, Koreya Respublikası iyun ayından bəri İrandan xam neft idxalını dayandırıb. Ölkənin İranla neft ticarətini dayandırmasına səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.


ABŞ-ın 2015-ci ildə əldə edilmiş nüvə anlaşmasından çıxmasından sonra İrandan neft tədarükünü dayandıran ilk ölkə də məhz Koreya Respublikası olmuşdu.


Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Xəbər lenti