Xəzər Xəbər

Ukraynada uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Dünya | 13:56 • 7 Oktyabr 2018
Ukraynada uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Ukraynanın Xmelnitski vilayətinin Netişin şəhərində uşaq bağçasında qidadan 36 nəfər zəhərlənib. Onlardan 29-u uşaq, 7-si böyükdür. Bu barədə Ukraynanın Milli Polisi məlumat yayıb.


Zəhərlənmənin konkret nədən baş verməsi araşdırılır. Xəstəxanaya yerləşdirilən uşaqların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı cinayət işi açılıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar