Xəzər Xəbər

ABŞ-ın birinci xanımı Qahirədə Misir prezidenti ilə görüşüb

Dünya | 10:59 • 7 Oktyabr 2018
ABŞ-ın birinci xanımı Qahirədə Misir prezidenti ilə görüşüb

Afrika ölkələrinə turnesi çərçivəsində Misirə qısamüddətli səfər edən ABŞ-ın birinci xanımı Melanya Tramp prezident Əbdül Fəttah əs-Sisi ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə prezidentin rəsmi nümayəndəsi Bassam Radi məlumat yayıb.


Misir prezidenti görüş zamanı iki ölkə arasındakı əməkdaşlığı, xüsusilə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin səhiyyə, təhsil, turizm, kiçik və orta biznes layihələrinin maliyyələşməsindəki rolunu yüksək qiymətləndirib. Əbdül Fəttah əs-Sisinin sözlərinə görə, ABŞ Misirin hərtərəfli inkişaf istiqamətində apardığı sosial-iqtisadı islahatları dəstəkləyir.


Görüşdə, həmçinin Misir cəmiyyətində qadınların rolunun artması, uşaqların hüquqlarının qorunması və gənclərin inkişafı məsələləri də müzakirə olunub.


Qeyd edək ki, ABŞ-ın birinci xanımının Misirə səfəri artıq başa çatıb. Misir onun ziyarət etdiyi Qana, Keniya və Malavidən sonra sonuncu mərhələ oldu. Melanya Trampın Afrika ölkələrinə beşgünlük səfəri uşaqların sağlamlığının qorunması və rifahının yüksəldilməsi sahəsində görülən səylərin təşviqinə yönəlib.

Xəbər lenti

Çox oxunanlar