Xəzər Xəbər

Maldivdə prezident seçkilərində müxalifətin namizədi qalib gəlib

Dünya | 13:08 • 24 Sentyabr 2018
Maldivdə prezident seçkilərində müxalifətin namizədi qalib gəlib

Maldivdə keçirilən prezident seçkilərində müxalifətin namizədi İbrahim Məhəmməd Solih 58,3 faiz səs toplayaraq qələbə qazanıb.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, seçicilərin 89,2 faizinin iştirak etdiyi seçkilərdə Solih 134,6 min nəfərin, hazırkı Prezident Abdullah Yamin isə 96,1 min nəfərin etimadını qazanıb.


Müxalifət prezidentin seçkiləri öz xeyrinə saxtalaşdırmasından ehtiyatlansa da, Yamin artıq məğlubiyyəti ilə barışıb və rəqibini təbrik edib.


Qeyd edək ki, hazırda Şri-Lankada olan və 13 il həbs cəzasına məhkum edilən Maldiv demokratik partiyasının lideri və ölkənin sabiq prezidenti Məhəmməd Naşid prezidentlik yarışını tərk etdikdən sonra müxalifət seçkilərdə Solihin namizədliyini irəli sürmüşdü.


Xəbər lenti

Çox oxunanlar