Xəzər Xəbər

İtaliya Aİ-də ƏDV-dən yayınma hallarına görə “lider”lər qrupundadır

Dünya | 10:20 • 24 Sentyabr 2018
İtaliya Aİ-də ƏDV-dən yayınma hallarına görə “lider”lər qrupundadır

2016-cı ilin nəticələrinə əsasən İtaliya əlavə dəyər vergisindən (ƏDV) yayınan Avropa İttifaqı ölkələri siyahısında yenə də "lider”lər qrupunda qərarlaşıb. Bu barədə Avropa Komissiyası yeni açıqlamasında bildirilib.


AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, bu il italyanlar 35,9 milyarda avro məbləğində əlavə dəyər vergisindən yayınıblar.


İtaliya proqnozlaşdırılan və faktiki gəlirlər arasındakı fərqə görə 25,9 faizlik göstəriciyə sahib olmaqla, siyahıda Rumıniya (35,88 faiz) və Yunanıstanın (29,2 faiz) ardından üçüncü sırada yer alıb.

Xəbər lenti