Xəzər Xəbər

İndoneziyada prezident seçkiləri kampaniyası başlayıb

Dünya | 19:49 • 23 Sentyabr 2018
İndoneziyada prezident seçkiləri kampaniyası başlayıb

Sentyabrın 23-də İndoneziyada gələn ilin aprelində keçiriləcək növbəti prezident seçkiləri kampaniyasına rəsmi olaraq start verilib. Bu seçkilərdə də hazırda hakimiyyətdə olan Prezident Coko Vidodonun rəqibi sabiq hərbçi Prabovo Subiantodur.


AZƏRTAC yerli kütləvi-informasiya vasitələrinə istinadla xəbər verir ki, bu kampaniyanın əsas mövzuları ölkədə iqtisadi vəziyyət və yoxsulluq səviyyəsinin azaldılması ilə bağlı tədbirlərin görülməsidir.


Xatırladaq ki, İndoneziya əhalisinin sayına görə dünyanın dördüncü ölkəsidir. Burada 260 milyondan çox insan yaşayır. Hazırda ölkə iqtisadiyyatı sürətlə inkişaf edir və ölkə G20-nin üzvü kimi qlobal əhəmiyyətini artırır.

Xəbər lenti