Xəzər Xəbər

Türkiyədə vətəndaşlıq almaq asanlaşdı

Dünya | 14:01 • 19 Sentyabr 2018
Türkiyədə vətəndaşlıq almaq asanlaşdı

Türkiyədə vətəndaşlığın verilməsi haqqında 2010-cu ildə qüvvəyə minən qanunun 20-ci maddəsinə dəyişiklik edilib.


Xezerxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, Türkiyədə vətəndaşlıq almaq istəyən şəxslərin yatırmalı olduğu sərmayənin həcmi 2 milyon dollardan 500 min dollara endirilib.

Bundan başqa, Türkiyədə daşınmaz əmlaka sahib olan əcnəbilərin vətəndaşlıq alması üçün rüsum 1 milyon dollardan 250 min dollara kimi azaldılıb.

Eyni zamanda, vətəndaşlığa keçmək üçün Türkiyə banklarında lazım olan əmanət məbləği 3 milyon dollardan 500 min dollara endirilib.

Xəbər lenti