Filippində "Manqhut”
qasırğası nəticəsində həyatını itirənlərin sayı 81 nəfərə çatıb, 71
nəfər isə yaralanıb. İtkin düşən 55 nəfərin taleyi barədə isə məlumat
yoxdur. XəzərXəbər xəbər verir ki, bu barədə yerli "Rappler” agentliyi Filippin hökumətinə istinadən məlumat yayıb.
Bildirilib
ki, təbii fəlakət nəticəsində ölənlərin əksəriyyəti Filippinin
Kordilyer rayonunda qasırğanın səbəb olduğu torpaq sürüşmələrində
həyatlarını itiriblər. Hazırda daha 70 nəfərin axtarışları davam
etdirilir. 800 min insan təxliyyə edilib.
Qeyd edək ki, 5-ci
dərəcəli "Manqhut” qasırğası sentyabrın 14-ü axşamı Filippinin
şimal-qərb sahillərinə yaxınlaşıb. Bəzi adalarda küləyin sürəti saatda
170 kilometrə, dalğaların hündürlüyü isə 6 metrə çatıb. Hazırda isə
küləyin sürəti nisbətən zəifləyərək, saatda 120 kilometrdən aşağıdır.
"Manqhut” qasırğası Çinə də 750 milyon dəyərində böyük ziyan vurub, 4
nəfər itkin düşüb.