XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb
Tayyib Ərdoğan qərar imzalayıb. İndiyə qədər Türkiyədə 1 milyon ABŞ
dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq
verilirdisə, bu rəqəm 250 min dollara endirilib.
Həmçinin, Türkiyədə biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün
məbləğ 2 milyon dollardan 500 min dollara, yerli banklara depozit
yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 milyon dollardan 500
min dollara endirilib.