Xəzər Xəbər

Rusiyada vahid seçki günü başa çatıb

Dünya | 09:14 • 10 Sentyabr 2018
Rusiyada vahid seçki günü başa çatıb

Rusiyada vahid seçki günü başa çatıb. Ölkənin 80 regionunda keçirilən seçkilərdə seçici siyahılarına 65 milyona yaxın vətəndaşın adı daxil edilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, seçkilərdə 31,4 min mandat paylanıb. Hazırda Rusiya Seçki Komissiyası bülletenlərin hesablanması ilə məşğuldur.


Sentyabrın 9-da həm də Moskva merinin seçkiləri keçirilib. "Exit-poll”un nəticələrinə görə, hazırkı mer Sergey Sobyanın səslərin 74 faizini toplayıb.


Rusiya Mərkəzi Seçki Komissiyası vahid seçkilər gününün sakit şəraitdə keçdiyini və ciddi qanun pozuntusu qeydə alınmadığını bəyan edib.

Xəbər lenti