Xəzər Xəbər

Tereza Meydən Moskvaya ŞOK İTTİHAM

Dünya | 17:25 • 5 Sentyabr 2018
Tereza Meydən Moskvaya ŞOK İTTİHAM

Böyük Britaniyanın baş naziri Tereza Mey Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşlarını şübhəli adlandırıb.

"Röyters”agentliyi xəbər verir ki, baş nazir bu haqda ölkə parlamentində çıxışında bildirib.

Onun sözlərinə görə, Sergey Skripala sui-qəsd nəinki xüsusi xidmət orqanının rəhbərliyi, daha yüksək səviyyədə bəyənilmişdi. Britaniya hökumətinin başçısının sözlərinə görə, Londonda buna dair sübutlar var.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.

Xəbər lenti