Xəzər Xəbər

Tramp Ruhani ilə görüşə hazırdır

Dünya | 10:18 • 21 Avqust 2018
Tramp Ruhani ilə görüşə hazırdır

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.

Bu barədə Amerika lideri "Reuters" agentliyinə müsahibəsində deyib.

"Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman "yaxşı", yox əgər İran lideri dialoqa getmək fikrində deyilsə, o zaman "heç bir işə ehtiyac yoxdur", Tramp bildirib.

ABŞ prezidenti onu da əlavə edib ki, rəsmi Vaşinqtondan Tehrana danışıqların aparılması üçün heç bir müraciət olmayıb./report

Xəbər lenti