Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı
– MƏHVETMƏ ƏMƏLİYYATI
Dünya
|
14:20 • 18 Avqust 2018
ABŞ Dövlət Departamentinin tərkibində anti-İran
siyasətini aparmaq üçün xüsusi qrup yaradıb.
Bu barədə dövlət katibi Mayk
Pompeo deyib.
Onun sözlərinə görə, xüsusi qrupa Dövlət Departamentinin Siyasi
Planlaşdırma İdarəsinin direktoru Brayn Huk rəhbərlik edəcək.
B. Huk həmçinin, ABŞ prezidenti Donald Trampın İran üzrə xüsusi
təmsilçisi olacaq.
Huk ilk açıqlamasında İranı terrora dəstək verməkdə ittiham edib və
"İran rejimi mövqeyini dəyişdirməlidir” deyə bildirib.
Ekspertlər bu xüsusi qrupun yaradılmasının ABŞ-ın İrana hücumunu
tezləşdirə biləcəyini hesab edirlər. Versiyalara görə, Vaşinqton bu
qrup üzərindən İrana qarşı məhvetmə siyasətini sürətləndirəcək./publika.az