Xəzər Xəbər

Türkiyə ordusundan PKK-ya AĞIR ZƏRBƏ: 52 terrorçu MƏHV EDİLDİ

Dünya | 14:33 • 17 Avqust 2018
Türkiyə ordusundan PKK-ya AĞIR ZƏRBƏ:
Türkiyə ordusu İraqın şimalında Sincar dağı bölgəsində avqustun 15-də həyata keçirdiyi əməliyyatla PKK-nın 52 terrorçusunu məhv edib.

Əməliyyat nəticəsində PKK-nın "idarə heyətinin üzvü” və Sincar bölgəsinə nəzarət edən Mam Zeki Şenqali və 7 "lider” də öldürülüb.

Əməliyyatda terrorçulara məxsus silah-sursat ələ keçirilib. Türkiyə ordusunun 8 əsgəri yaralanıb.

Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı” əməliyyatının başlanmasından indiyə qədər PKK-nın 4 min 573 terrorçusunun məhv edildiyini açıqlayıb./publika.az

Xəbər lenti