Xəzər Xəbər

Qara dənizdə TƏHLÜKƏLİ ANLAR: Britaniya və Rusiya qırıcıları üz-üzə

Dünya | 13:11 • 16 Avqust 2018
Qara dənizdə TƏHLÜKƏLİ ANLAR:

Bazar ertəsi Böyük Britaniyanın "Eurofighter Typhoon” tipli iki qırıcısı Qara dənizdə NATO-nun hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə görə havaya qaldırılıb.

Bu haqda Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrindən bildiriblər.

"Qırıcıları Rumıniyanın təyyarə bazasından ona görə havaya qaldırdılar ki, Rusiyanın 6 ədəd "Su-24” Rusiya təyyarəsi NATO-nun hava məkanına yaxınlaşmışdı”, - idarədən qeyd ediblər.

Rusiyanın Müdafiə Nazirliyindən isə bildiriblər ki, dörd təyyarə Qara dəniz akvatoriyasının üzərində plan tədris uçuşlarını yerinə yetirirdi və onların arasında "Su-24” yox idi. İdarədən qeyd ediblər ki, dəniz aviasiyasının uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara uyğun yerinə yetirilir./publika.az

Xəbər lenti

Çox oxunanlar