Xəzər Xəbər

Ağ Evdən rahib Bransonla bağlı açıqlama

Dünya | 12:15 • 14 Avqust 2018
Ağ Evdən rahib Bransonla bağlı açıqlama

ABŞ-da Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç arasında görüş baş tutub.

XəzərXəbər "Milliyet”ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Sarah Sanders Bolton və Kılıç arasındakı görüşlə bağlı yazılı açıqlama verib. O, bildirib ki, Bolton və Kılıç bu gün Ağ Evdə görüşüblər. Onlar rahib Branson məsələsi və Türkiyə-ABŞ münasibətlərinin son durumu haqqında danışıblar.

Qeyd edək ki, rahiblə əlaqədar iki ölkənin nümayəndələri arasında əvvəlki həftə də Ağ Evdə görüşlər keçirilib.

Xəbər lenti

Çox oxunanlar