Xəzər Xəbər

Kərkükdə ardıcıl üç partlayış baş verdi: 8 yaralı

Dünya | 09:44 • 19 İyul 2018
Kərkükdə ardıcıl üç partlayış baş verdi: 8 yaralı

İraqın şimalında, Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.


Partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.


İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.


Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbər lenti