Xəzər Xəbər

Afrikada tarixi sülh: Müharibəyə son qoyuldu

Dünya | 17:11 • 9 İyul 2018
Afrikada tarixi sülh:
Bu gün Asmara şəhərində keçirilən ikitərəfli tarixi görüşdə Efiopiya və Eritreya liderləri artıq bir-birilərinə qarşı müharibəyə son qoyaraq sülh barədə razılığa gəliblər.


"France-Presse” agentliyi xəbər ki, bu barədə Eritreyanın informasiya naziri Yamane Qebremeskel "Tvitter" hesabında bəyan edib.


Hər iki ölkənin lideri arasında imzalanan "Sülh və Dostluğa dair Birgə Bəyannamə”dən sitat gətirən Qebremeskel yazıb ki, "ölkələr arasında hökm sürən müharibə vəziyyəti son çatdı. Sülh və dostluğa söykənən yeni dövr başlayır.”

Həmçinin vurğulayıb ki, Efiopiya və Eritreya siyasi, iqtisadi, sosial, mədəni və təhlükəsizlik sahələrində sıx əməkdaşlığı inkişaf etdirmək üçün işə başlayacaqlar.

Bu gün Asmara şəhərində görüşərək sülh bəyannaməsi imzalayan Efiopiya baş naziri Abiy Əhməd və Eritreya prezidenti İsaias Afverki isə bəyan ediblər ki, illərdir davam edən müharibə vəziyyətindən sonra ölkələri arasında diplomatik, ticarət, nəqliyyat və kommunikasiya əlaqələri bərpa olunacaq və sərhədlər yenidən açılacaq.

Qeyd edək ki, 1993-cü ildə Efiopiyadan ayrılaraq Eritreyanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında sərhəd məsələləri üzündən ziddiyyətlər yaranmışdı. Nəticədə 1998-2000-ci illərin müharibəsində on minlərlə insan həyatını itirmişdi. Lakin 2000-ci ildə Əlcəzirədə iki ölkə arasında imzalanan müqavilədən sonra Efiopiyanın bəzi mübahisəli ərazilərdən çəkilməyi rədd etməsi nəticəsində münaqişə indiyədək davam edib. /azvision.az

Xəbər lenti