Xəzər Xəbər

Tereza Mey xarici işlər və digər nazirləri istefaya göndərməklə hədələyib

Dünya | 12:19 • 7 İyul 2018
Tereza Mey xarici işlər və digər nazirləri istefaya göndərməklə hədələyib

Britaniyanın baş naziri Tereza Mey ölkənin xarici işlər və digər nazirləri istefaya göndərməklə təhdid edib.

 

Xezerxeber.az-ın "The Times” qəzetinə istinadən verdiyi xəbərə görə, xarici işlər naziri Boris Conson və digər nazirlər ölkənin Avropa İttifaqından çıxmaqla bağlı planını pozmağa cəhd etsələr, postlarını itirəcəklər.

 

 

"Biz hələki "Brexit”lə bağlı mövqeyimiz üzərində işləyirkən kabinetdə olan həmkarlarıma şəxsi mövqelərini ifadə etməyə icazə vermişəm. İndi, təkliflər razılaşdırıldığında hər şey fərqlidir və kollektiv şəkildə işə məsuliyyətli  yanaşmanın vaxtıdır”.

 

Qeyd edək ki, Britaniyalı nazirlərin bəziləri Londonun "Brexit”ə dair kollektiv mövqeyi  ilə razılaşıblar. Xarici işlər naziri Conson isə bəzi müddəalarla razılaşmayaraq, onları ağılsız adlandırıb.


”Brexit” üçün London strategiyası gələn həftə rəsmən nəşr olunacaq.

Xəbər lenti