Ruhani:
Fransa və Almaniyanın təklifləri kifayət qədər yaxşı deyil
Dünya
|
15:55 • 6 İyul 2018
İran prezidenti Həsən Ruhani dövlət
televiziyasında çıxışı zamanı bəyan edib ki, Fransa və Almaniyanın
təklif etdiyi tarazlaşdırma planı ümidsizliyə yol açır və Avropanın
təklifləri kifayət qədər yaxşı deyil.
Həsən Ruhani fransız həmkarı
Emmanuel Makrona müraciətində deyib ki, Avropanın təqdim etdiyi iqtisadi
tədbirlər ABŞ-ın nüvə müqaviləsindən çıxmasını qarşılama mövzusunda
yetərli deyil: "Avropa tərəfindən təqdim olunan iqtisadi tədbirlər
paketi bütün ehtiyacları ödəmir".
İran prezidenti oxşar ifadələri Almaniya kansleri Angela Merkelə də aid
edərək Avropanın təqdim etdiyi iqtisadi paketin ümidsizliyə yol açdığını
bildirib: "Təəssüf ki, təqdim olunan paketdə bir fəaliyyət planı və
əməkdaşlığın davam etməsi üçün yol xəritəsi yoxdur. Avropa Birliyinin
bundan əvvəlki ifadələrində olduğu kimi ümumi sözlər var".
Qeyd edək ki, ABŞ may ayında İranla 2015-ci ildə imzalanan nüvə
müqaviləsindən çıxaraq ləğv edilən sanksiyaları yenidən tətbiq etməyə
başlamış və 4 noyabrdan etibarən İrandan neft alınmasının
dayandırılmasını istəmişdi. Müqaviləyə imza atan Avropa ölkələri onu
xilas etməyə çalışacaqlarını demişdi./FaktXəbər