Xəzər Xəbər

Məşhur turizm adasında qayıqlar batdı: Turistlər axtarılır

Dünya | 13:37 • 6 İyul 2018
Məşhur turizm adasında qayıqlar batdı:

Tailandın məşhur istirahət mərkəzi olan Puket adasında iki turist qayığı batıb.

"Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, turistlərin bəzilərindən xəbər yoxdur.

Qayıqlarda ümumilikdə 100-dən çox sərnişin olub. Bəzi turistlər xilas edilsə də, 7 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, Puket Tailandın ən çox ziyarət edilən turizm adasıdır.

Xəbər lenti

Çox oxunanlar