Xəzər Xəbər

Avstriyada təyyarə qəzası: həlak olanlar var

Dünya | 14:31 • 4 İyul 2018
Avstriyada təyyarə qəzası: həlak olanlar var

Aşağı Avstriya federal torpağında idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.


AZƏRTAC "Kronen Zeitung” qəzetinə istinadla xəbər verir ki, insident iyulun 4-də yerli vaxtla saat 10:15-də Bad-Föslau şəhəri yaxınlığında qeydə alınıb.


Hüquq mühafizə orqanlarının məlumatına əsasən, uçuş-eniş zolağı yaxınlığında baş verən qəzanın səbəbləri hələ ki, bəlli deyil. Polis hadisə ilə əlaqədar təhqiqata başlayıb.

Xəbər lenti