Xəzər Xəbər

Mağarada itən futbol klubu tapıldı: 4 ay yerin altında qala bilərlər

Dünya | 14:06 • 3 İyul 2018
Mağarada itən futbol klubu tapıldı:

Taylandda itkin düşən futbol klubunun 12 üzvü və məşqçi tapılıb.


23 iyunda Tham Luang mağarasında itkin düşən yeniyetmələr və məşqçi sağ aşkar edilib. Yaşları 11-16 aralığında olan futbolçular və 25 yaşlı məşqçi Böyük Britaniyadan olan xilasedicilər tərəfindən tapılıb. Uşaqlar ac olduqlarını bildiriblər.


Ərazidə kampinq edən qrup mağaranı gəzmək üçün daxil olub, lakin sonradan baş verən su daşqını səbəbilə oranı tərk edə bilməyib.


Tayland Dəniz Qüvvələrindən verilən məlumata görə, uşaqlar və məşqçi ən azı 4 ay mağarada qala bilərlər. Belə ki, Tham Luang mağaralarının yerləşdiyi ölkənin şimalında yağış mövsümündə daşqınlar baş verir. Yağış mövsümü oktyabrda başa çatacaq. Uşaqların payızdan əvvəl buradan çıxarılmasına qərar verilsə, onlara dalğıc təlimi keçirilməlidir. Amma mutəxəssislər dalğıclıq təcrübəsi olmayan uşaqların palçıqlı suda üzməsinin təhlükəli olacağını bildirir.


Qeyd edək ki, xilasetmə qrupunda Çin, Laos, Avstraliya, ABŞ, Böyük Britaniya, Myanmadan olan min nəfər yer alır. /qaynarinfo

Xəbər lenti

Çox oxunanlar