Xəzər Xəbər

Netanyahu İranı hədələdi: "Alt-üst edəcəyəm"

Dünya | 12:21 • 29 İyun 2018
Netanyahu İranı hədələdi:

"İranın bütün planlarını alt-üst edəcəyəm".

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İranın nüvə silahına sahib olmasına qətiyyən icazə verməyəcək: "Artıq əminliklə deyirəm. İran İsrail üçün çox ciddi təhdiddir. Biz buna göz yuma bilmərik. Açıq şəkildə bildirirəm ki, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. Onların Suriyanı İsrailə qarşı ölümcül bazaya çevirmələrinə şərait yaradanlarla da mübarizə aparacağıq"./publika.az

Xəbər lenti