Xəzər Xəbər

Cəsədlərin ekvadorlu jurnalistlərə aid olduğunu təsdiqləndi

Dünya | 11:54 • 23 İyun 2018
Cəsədlərin ekvadorlu jurnalistlərə aid olduğunu təsdiqləndi

Kolumbiyanın xarici işlər naziri Mariya Anxela Olgin ölkəsinin Ekvador ilə sərhədində tapılan üç cəsədin qaçırılan və qətlə yetirilən ekvadorlu jurnalistlər olduğu barədə məlumat yayıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, iyunun 21-də Kolumbiya Prezidenti Xuan Manuel Santos üç cəsədin tapıldığını və onların böyük ehtimalla "Comercio” nəşrinin qətlə yetirilmiş əməkdaşları olduğunu demişdi.


Xatırladaq ki, jurnalistlər carı ilin mart ayında Ekvadorun Kolumbiya ilə sərhəd bölgəsi olan Mataxedə itkin düşmüşdülər.

Xəbər lenti

Çox oxunanlar