Xəzər Xəbər

Simmoe dağında yenidən vulkan püskürüb

Dünya | 11:54 • 22 İyun 2018
Simmoe dağında yenidən vulkan püskürüb

Yaponiya Meteoroloji Agentliyinin yaydığı məlumata görə, Simmoe dağında baş verən növbəti vulkan püskürməsi nəticəsində tüstü 2600 metr yüksəkliyə qalxıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, vulkan püskürməsi iyunun 22-də yerli vaxtla səhər saat 9 radələrində Kaqoşima və Miyazaki prefekturalarının sərhədində baş verib.


Rəsmi nümayəndələr vulkan külü və uçan daş parçalarından qorunmaq üçün yerli əhaliyə dağa 3 kilometr məsafədə yaxınlaşmamağı tövsiyə ediblər.


Təhlükə səviyyəsi beş ballıq cədvəlin 3-cü bəndinədək qaldırılıb. Simmoe dağında vulkan fəallığı son bir neçə ayda müşahidə edilir.

Xəbər lenti