Xəzər Xəbər

Venesuelada minimum əməkhaqqı yenidən artırılıb

Dünya | 12:31 • 21 İyun 2018
Venesuelada minimum əməkhaqqı yenidən artırılıb

Venesuela Prezidenti Nikolas Maduro ölkədə minimum əməkhaqqını yenidən 103 faiz artıraraq 3 milyon bolivara, minimal ərzaq səbətinin əldə olunması üçün ödəmələr də nəzərə alınmaqla, 5,2 milyon bolivara çatdırıb.


AZƏRTAC bu barədə AVN informasiya agentliyinə istinadla xəbər verir.


Venesuelada sonuncu dəfə əməkhaqqı aprel ayının sonlarında artırılsa da, hiperinflyasiya fonunda maaş artımı əhalinin alıcılıq qabiliyyətində əks olunmur. Belə ki, iyunun 20-də "qara bazar”da dolların məzənnəsi 2,8 milyon bolivara yüksəlib. Bu isə o deməkdir ki, ölkədə minimal əməkhaqqı cəmi 1,85 dollar təşkil edir.


Qeyd edək ki, neftin ucuzlaşması səbəbindən yaranan məhsul qıtlığı, hiperinflyasiya və dövlət gəlirlərinin həcminin azalması Venesuelada vəziyyətin hər gün daha da ağırlaşmasına gətirib çıxarır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar