Xəzər Xəbər

Ağ Evin KXDR-lə danışıqlar üzrə müşaviri istefa verib

Dünya | 09:28 • 21 İyun 2018
Ağ Evin KXDR-lə danışıqlar üzrə müşaviri istefa verib

Ağ Evin Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqlardakı əsas müşavirlərindən biri Andrea Holl istefa verib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə "The Washington Post” qəzeti rəsmi mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, A.Holl Ağ Evin kütləvi qırğın silahı sahəsində təhlükəsizlik üzrə müşaviri olub.

Onun ABŞ-KXDR danışıqları ilə əlaqədar işçi qrupun yaradılması fonunda istefaya getdiyi vurğulanıb.

Xəbər lenti